Baş səhifə / Dünya / Nüsrətin restoranında 41 min dollar hesab gəldi, 5 mini xidmət haqqı – FOTO

Nüsrətin restoranında 41 min dollar hesab gəldi, 5 mini xidmət haqqı – FOTO

Türkiyəli qəssab Nüsrətin Nyu-Yorkdakı restoranında ödənilən 41 min dollarlıq hesab sosial mediada müzakirə mövzusu olub.

Duzu ətin üzərinə qeyri-adi hərəkətlə səpməsi nəticəsində gündəmə gələn qəssabın Nyu-Yorkdakı restoranına üz tutan bir müştəri hesabın yüksək olmasına etiraz edib. 41 min dollar hesab ödəyən müştəri qəbzin şəklini sosial şəbəkədə paylaşıb.

Müştəri Nüsrətin Nyu-Yorkdakı restoranında 2 şüşə Petrus şərabına 18 min dollar pul verib. Çekdə 5 min 825 dollarlıq xidmət haqqı isə xüsusi diqqət çəkib.

İddia olunur ki, dolların kursu Türkiyədə bahalaşdığı üçün Nüsrət Nyu-Yorkdakı restoranında xidmət haqqı ilə menyunun qiymətlərini yuxarı qaldırıb.

(publika.az)

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …