Baş səhifə / Cəmiyyət / “Hətta ermənilərin arxasında ruslar dursa belə, savaşla torpaqlarımızı azad etməliyik”

“Hətta ermənilərin arxasında ruslar dursa belə, savaşla torpaqlarımızı azad etməliyik”

Ermənistanın baş naziir Nikol Paşinyanın Moskvada Qarabağla bağlı verdiyi bəyanat Azərbaycanda ciddi hiddət və narazılığa səbəb olub. Belə ki, Paşinyanın əsl erməni həyasızlığı sərgiləyərək Qarabağı Ermənistanın tərkibində gördüyü ilə bağlı səsləndirdiyi fikir, bir sıra politoloqlar tərəfindən sülh danışıqlarının səmərəsizliyini göstərən növbəti fakt kimi dəyərləndirilib.

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Paşinyanın məlum bəyanatından sonra Ermənistanla danışıq aparmağa lüzum görmədiyini bildirdi:

“Bu o deməkdir ki, Ermənistan Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqa uyğun mövqe tutmur. Bu bəyanat Azərbaycanın işğaldakı torpaqları hərbi yolla azad etməsinin qapısını açır. Ermənistanla danışıqları dayandırmaq laızmdır. Müharibə yolu ilə Azərbaycanın əraziləri azad edilməlidir. Hətta ermənilərin arxasında ruslar dursa belə, bu məsələdə geri çəkilmək olmaz”.

Seymur ƏLİYEV

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …