Baş səhifə / Dünya / Həbsdə olduğu deyilən Rza Zərrab restoranda görüntüləndi – FOTO

Həbsdə olduğu deyilən Rza Zərrab restoranda görüntüləndi – FOTO

İrandakı investisiyaları pozması ilə bağlı ABŞ-da davam edən məhkəmənin önəmli şəxslərindən olan Rza Zərrab Nyu-Yorkun məşhur restoranlarından birində görüntülənib.

Soho bölgəsindəki məşhur suşi restoranı “Nobu”da bir xanımla yemək yeyən Zərrab fotolarının çəkildiyinin fərqinə varandan sonra məkandan ayrılıb.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun 2014-cü ilin sentyabrında İrandakı investisiyalarla bağlı istintaqı zamanı Rza ailəsi ilə birlikdə 16 mart 2016-cı ildə ABŞ-a giriş edərkən həbs olunmuşdu.

Ebru Gündeş Rza Zərrab üçün Ərdoğana müraciət etdi
Nyu-York Federal Məhkəməsində 135 il cəza qarşılığında şahid qismində ifadə verən Zərrabın daha az cəza alması gözlənilirdi.

Onu da qeyd edək ki, onun Nyu-Yorkdakı həbsxanaların birində özəl bölmədə saxlandığı bildirilirdi.

Xatırladaq ki, Rza Zərrab müğənni Günel Zeynalovanın nişanlısı olub, o, hazırda Ebru Gündeşlə evlidir.(oxu.az)

Buna da bax...

Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib

Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Moderator24.com -un …