Baş səhifə / Cəmiyyət / “Surət Hüseynovdan məxfi əmr gəldi…”- Qərargah rəisinin gündəliyindən

“Surət Hüseynovdan məxfi əmr gəldi…”- Qərargah rəisinin gündəliyindən

26 il öncə bu günlər bütün kəndləri düşmən qüvvələrindən tamamilə azad edilmək üzrə olan Laçına girməmək əmri kimdən gəldi?..

Moderator24.com 1992-ci ilin payızında əsl vətən övladlarının qələbənin bir addımlığınadək apardığı qanlı savaşların xronikasını keçmiş Laçın alayının qərargah rəisi mayor Rafiq Nağıyevin gündəliyi və yaddaşında qalanlar əsasında təqdim edir.

“…Laçın rayonu Piçənis kəndi.

9 sentyabr 1992 ci il tarixdə rəsmi olaraq Müdafiə Nazirliyində( 27 mart 1992-ci ildə 811 saylı hərbi hissə kimi yaradılmış Laçın alayı1992-ci il aprelin 30-da isə müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrlə rəsmən ləğv olunmuşdu-S.L.) qeydiyyatda olmayan 811 saylı Laçın Əlahiddə Dağ Atıcı Alayına korpus komandiri Surət Hüseynovdan döyüş tapşırığını yerinə yetirmək barədə məxfi əmr gətirildi. Komandir Tahir Süleymanov təcili olaraq aidiyyatı üzrə zabit heyyətindən qərargah rəisi R. Nağıyevi,komandir müavini İ.Aslanovu,komandir müavini N.Nəsirovu,rabitə rəisi B.Qəhrəmanovu yanina çağırdı…

 

Güclü yağış yağırdı… Əmrdə bunlar nəzərdə tutulurdu: “10 sentyabr 1992 ci il tarixdə Alay, Qoruqdağ yüksəkliyini (2396.9 m), Fərraş kəndini, İpək -1, İpək -2 (kənddə erməni mövqeyi var idi) kəndlərini, Şuşa rayonunun Xanalı kəndi yaxınlığında yerləşən adsız yüksəkliyi (2046.8 m), Novbaşı (1779.7 m)yüksəkliyini və ən nəhayət, Laçın istiqamətində hücumun səmərəli inkişafı üçün Sarıbaba (2295.8 m) yüksəkliyi istiqamətində hücum edərək 13 sentyabradək göstərilən əraziləri ermənidən təmizləyib 13 sentyabrda Laçının şimalına gələcək 123 saylı həmlə alayının, Mudrakın xüsusi təyinatlılarının, Ə.Qənizadənin reyd dəstəsinin sonrakı mərhələdə Laçına hücumu üçün şərait yaratmaq”.

Əsas məsələ az itki ilə verilmiş əmri uğurla yerinə yetirməkdi. Əmrdə göstərilən kimi hərəkət etsəydik, xeyli itki verərək əmri yerinə yetirə bilməyəcəkdik.

Ərazini hamımız tanıdığımız üçün vizual müşahidənin keçirilməsinə ehtiyac duymadıq. Şəraiti qiymətləndirərək birgə qərara gəlindi ki, yüksək döyüş hazırlığında və ruh yüksəkliyi daha mükəmməl olan Xıdırov Sabirin komandiri olduğu bölük Sarıbaba dağına gizli olaraq sızsın, mövqelərin möhkəmlətsin. Ə. Süleymanovun komandir olduğu bölük Fərraş- Qoruqdağ istiqamətində mövqe tutsun.S.Xıdırov və tağım komandiri M.Əhmədov (“Budulay” ləqəbli) qərargaha çağırıldılar. Hərbi işdə “bələdçi” sözündən xoşum gəlməsə də, 1959- cu ildə çəkilmiş xəritədən istifadə etdiyimiz üçün ərazini yaxşı tanıyan bələdçi ayırdıq.

Planımız belə idi: “Budulay”ın tağımı gecə ikən aralıqdan sızaraq gizli şəkildə Sarıbabaya gedir, səngər qazaraq bölüyün qalan hissəsini qəbul etmək üçün şərait yaradır. Əlaqə tam məxfiləşdirilmiş kodlarla saxlanılır…

Bölüyün tam təhciz olunması üçün hətta öz ayağımızdakı “batinka”nı belə verməli olduq. 3 saat sonra “Budulay” məlumat verdi:”Elçilik yaxşı keçdi, qız evı bizi yaxşı qarşıladı”. Hava işıqlaşanda Sarıbaba dümağ qarın içindəydi. Əməliyyat tam uğurla başa çatdı…

Onu da xüsusi olaraq qeyd edim ki, bütün bunlar alayın MN tərəfindən heç bir təminatla təhciz olunmadığı halda baş verib. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm!..”

(Ardı var)

Təqdim etdi: Sultan Laçın

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …