Baş səhifə / Dünya / Ermənistan Rusiyadan yeni hərbi kredit almaq istəyir

Ermənistan Rusiyadan yeni hərbi kredit almaq istəyir

Ermənistan müdafiə naziri David Tonoyan bəyan edib ki, ölkə rəhbərliyi Rusiyadan 100 milyon dollar yeni hərbi kredit almağı müzakirə edir.

Bununla bağlı “RİA Novosti” məlumat yayıb.

“Yeni hərbi kreditlə bağlı proses həyata keçiriləcək. Söhbət 100 milyon dollardan gedir”, – Tonoyan deyib.

Erməni nazirin sözlərinə görə, hazırkı vaxtda onun Ermənistanın almaq istədiyi silahları açıqlamaq hüququ yoxdur.

O əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf edir.(oxu.az)

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …