Baş səhifə / Cəmiyyət / Fədayə Laçın həbsxanada kökəlməsindən danışdı

Fədayə Laçın həbsxanada kökəlməsindən danışdı

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb.

O, bu gün keçirilən məhkəmə iclasına gətirilib.

Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub.

O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib:

“Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”.

O, saxlanma şəraitindən narazılıq etməyib.(oxu.az)

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …