Baş səhifə / Cəmiyyət / “Ermənistan qarşıdakı müharibənin nəticəsini çox düzgün proqnozlaşdırır”

“Ermənistan qarşıdakı müharibənin nəticəsini çox düzgün proqnozlaşdırır”

Eldar Namazov: “Düşmən anlayır ki, növbəti döyüşlər onun ərazisində keçiriləcək”

Ermənistan parlamentinin “Şant-2018” təlimləri fonunda Azərbaycana şərti müharibə elan etməsi, “müharibə məşqi” həyata keçirməsi ölkəmizdə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Eldar Namazov baş verənlər haqqında maraqlı fikirlər səsləndirib:

“Əslində baş verənlər göstərir ki, Ermənistan qarşıdakı müharibənin nəticəsini çox düzgün proqnozlaşdırır. Xatırladım ki, Ermənistan tərəfi zaman-zaman keçirilən bu tip təlimlər zamanı bildirirdi ki, müharibə olacağı təqdirdə növbəti döyüşlər Gəncə, Bakı ətrafında olacaq. Ancaq bu dəfə keçirilən təlimlərlərlə Ermənistan tərəfi özü də bəyan etmiş oldu ki, növbəti döyüşlər Ermənistan ərazisində gerçəkləşəcək. Bu baxımdan Ermənistan tərəfinin proqnozunu düzgün qiymətləndirirəm. Bu onu göstərir ki, artıq Ermənistan tərəfi həqiqəti başa düşür və ordumuzun gücünü düzgün qiymətləndirir”.

Seymur ƏLİYEV

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …