Baş səhifə / Cəmiyyət / “Ermənistan Azərbaycana çoxdan müharibə elan edib”

“Ermənistan Azərbaycana çoxdan müharibə elan edib”

Tofiq Zülfüqarov: “Bu addım Minsk qrupunun fəaliyyətsizliyinin növbəti isbatıdır”

Mediada yer alan məlumata görə, sentyabrın 12-də Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı şərti müharibə elan edib. Ermənistan parlamentinin bu qərarını rəsmi İrəvanın təcavüzkar siyasətinin növbəti təzahürü kimi dəyərləndrmək mümkündürmü? Bu, Ermənistanın militarist siyasətinin ifşa etmək baxımından ölkəmiz üçün fürsət sayıla bilərmi?

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov Ermənistanın Azərbaycana çoxdan müharibə etdiyinə diqqət çəkdi:

“Əslində Ermənistan Azərbaycana çoxdan müharibə elan edib. Torpaqlarımızın 20%-i işğal edilib. Ermənistanın militarist siyasətini ifşa etmək üçün bundan daha artıq fakta ehtiyac yoxdur”.

Sabiq nazirin fikrincə, baş verənlər Ermənistandakı mövcud hakimiyyətin mahiyyətini əks etdirməklə yanaşı, həm də Minsk qrupunun fəaliyyətsizliyini göstərir:

“Ermənistan parlamentinin məlum qərarı bu ölkədəki mövcud rejimin mahiyyətini, onun təcavüzkar niyyətindən əl çəkmədiyini göstərir. Bu, həm də Minsk qrupunun fəaliyyəsizliyini də ortaya qoyur. Baş verənlər göstərir ki, Minsk qrupunun fəaliyyəti yox dərəcəsindədir”.

Seymur ƏLİYEV

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …