Baş səhifə / Cəmiyyət / “İndiki halda Azərbaycan müharibəyə başlasa, böyük itkilərlə qarşılaşacaq” – Politoloqdan açıqlama

“İndiki halda Azərbaycan müharibəyə başlasa, böyük itkilərlə qarşılaşacaq” – Politoloqdan açıqlama

“Ermənilər Azərbaycan tərəfindən ehtimal olunan hücumla bağlı atacağı addımlarını planlayıb və onun hazırlığını görürlər”.

Bunu bizimyol.info-ya politoloq Fərhad Mehdiyev Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisini şərh edərkən bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür ki, onun Rusiyaya qarşı soyuq münasibəti nəticəsində Azərbaycan Rusiyadan dəstək və razılıq alaraq, Ermənistana qarşı hücum həyata keçirə bilər. Buna qarşı olaraq Ermənistan təlimlər keçirirlər. Müharibə indiki halda başlamayacaq. Çünki hər iki tərəf müharibəyə hazırlıq gördüyü halda adətən tərəflərin heç biri hücuma keçmir. İtki vermə ehtimalı olduqca yüksəkdir. Müharibə başlayan tərəf adətən gözlənilmədən bu addımı atır. Yaxud tarixdəki misalllara baxanda görürük ki, tərəflərdin biri elə addım atır, qarşı tərəf bunu müharibə səbəbi sayaraq müharibəyə başlayır”,-deyə F.Mehdiyev bildirib.

Politoloq qeyd edib ki, hazırda bu halların heç biri mövcud deyil: “Hazırda nə Azərbaycanın, nə də Ermənistanın müharibə səbəbi sayacaq addım atdığını görmək də mümkün deyil. Sırf təlimlərə görə müharibənin başlanması real görünmür. Amma tərəflərin keçirdiyi təlimlər göstərir ki tərəflər arasında gərginlik var və Soçi danışıqlarının nəticəsiz olduğunu göstərir. Bu mərhələdə Azərbaycan tərəfi hərbi əməliyyatlara başlasa, böyük itkilərlə qarşılaşma ehtimalı mümkündür”.

Buna da bax...

Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı …