Baş səhifə / Cəmiyyət / “Paşinyanla bağlı ANS arxivində elə görüntülər var ki…”

“Paşinyanla bağlı ANS arxivində elə görüntülər var ki…”

Vahid Mustafayev: “O, həmin görüntülərdə Qarabağı Azərbaycana qaytarmağın vacibliyini vurğulayır”

“Paşinyanla bağlı ANS arxivində elə görüntülər var ki, bu görüntülərin üzə çıxarılması Qarabağ məsələsində güzəştə getməyəcəyini bildirən Paşinyan üçün böyük zərbə olar. Hansı ki, o, həmin görüntülərdə Qarabağı Azərbaycana qaytarmağın vacibliyini vurğulayır”.

Moderator.az xəbər verir ki, bu sözləri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib. V.Mustafayev qeyd edib ki, onları ANS arxivinə buraxmadıqları üçün oradakı görüntülərdən faydalana bilmirlər:

“Bu gün bizi ANS-in arxivinə buraxmadıqları üçün oradakı görüntülərdən yararlana bilmirik. Ümumiyyətlə, ANS-in arxivindən, onun hazırkı durumudnan xəbərimiz yoxdur”.

Seymur ƏLİYEV

Buna da bax...

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı …