Baş səhifə / Cəmiyyət / Müdafiə Nazirliyi: “Əslində, Ermənistan son günlərdə 4-5 hərbçi itirib…”

Müdafiə Nazirliyi: “Əslində, Ermənistan son günlərdə 4-5 hərbçi itirib…”

Azərbaycan Müdafiə Nazirliyindən bildirildiyinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün İrəvandakı mitinqdə çıxışı zamanı səsləndirdiyi dezinformasiya düşmənin son günlər verdiyi itkilərdən diqqəti yayındırmaq üçün daxili auditoriyaya ünvanlanmışdı.

“Azərbaycan tərəfindən fərqli olaraq, əslində, Ermənistan tərəfi son günlər 4-5 hərbçisini itirib, lakin bu itkiləri ciddi cəhdlə ictimaiyyətdən gizlədir. O ki qaldı, yaralanan mülki erməni ilə bağlı deyilənlərə, Azərbaycan ordusunun bölmələri düşməndən fərqli olaraq, mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır” – nazirlikdən belə deyiblər.

* * *11:29

“Mənim addımım” blokunun sentyabrın 16-da Yerevanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dedikləri yalandır.

Bu barədə virtualaz.org-un soruğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib: “Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır”.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …