Baş səhifə / Cəmiyyət / Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi… – FOTO+VİDEO

Azərbaycanın işğal altındakı ərazilərindən keçərkən işğalçı ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinin qarşısına iki ayı balası çıxıb.

Moderator.az xəbər verir ki, bu haqda video-görüntüləri N.Paşinyanın köməkçisi Nairi Sarkisyan internetdə paylaşıb.

“Artsaxa gedirdik, birdən maşınımızın qarşısında iki ayı peyda oldu…” Paşinyan gülərək ayıların əllərindən tutub, başlarını tumarlayıb və fotolarını çəkib…

P.S. Ayılarımız da qeyrətə gəlib işğalçı erməninin qarşısını kəsir ki, bu torpaqlardan ayağını çək… Bizlərsə hələ müxtəlif hipnoz variantları altında qış yuxusundayıq, elə bilirik ki, oyağıq…

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …