Baş səhifə / Cəmiyyət / Azərbaycan yollarında ilk: 3D formatlı piyada zolağı – Video

Azərbaycan yollarında ilk: 3D formatlı piyada zolağı – Video

Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.

Moderator24.com Trend-ə istinadən xəbər verir ki, yenilik ilk dəfə Naxçıvan şəhərində tətbiq edilib.

Bu ilin əvvəlindən Naxçıvanda bir çox yolların yenidən qurulması işlərinə başlanılıb. Bir müddət əvvəl isə şəhərin mərkəzi prospektlərindən biri – Heydər Əliyev prospektində yenidənqurma işləri yekunlaşdırılıb. Prospektdə, həmçinin Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqları çəkilib.

Belə piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.

Buna da bax...

Tələbələr dəhşətli qəzaya düşdü: ölənlər var – FOTO/VİDEO

Rusiyanın Krasnoyarsk vilayətində çox sayda insanın həlak olduğu ağır yol hadisəsi baş verib. Teleqraf.com Rusiya …