Baş səhifə / Dünya / Ermənistandakı Rusiya qoşunları həyəcanla qaldırıldı və 100 km irəlilədi-Fotolar

Ermənistandakı Rusiya qoşunları həyəcanla qaldırıldı və 100 km irəlilədi-Fotolar

Qorxulu bir şey yoxdur; Azərbaycan ordusu bundan qat-qat irimiqyaslı və güclü təlim keçə bilir…

İşğalçı ölkə ərazisindəki Rusiya qoşunları bu günlərdə başlanmış təlimlərini davam etdirirlər.

Moderator24.com yazır ki, bu haqda Ermənistan nəşrləri Rusiya Cənub Hərbi Dairəsinin(CHD) mətbuat xidmətinə istinadla xəbər yayıb. CHD komandanı general-polkovnik Aleksandr Dvornikovun əmri ilə Ermənistandakı Rusiya bazası döyüş hazırlığı vəziyyətini yoxlamaq üçün həyəcan siqnalı ilə qaldırılıb.

300 hərbi qulluqçu və 50 ədəd zirehli texnikadan ibarət qruplaşma su maneələrini keçməklə bağlı təlim keçib. Tank və PDM-lər dərinliyi 5 metr, eni isə 200 metrdən çox olan tank “vododrom”undan keçiblər.

Bundan əlavə, rus ordu hissələri Gümrüdəki 102-ci bazadan Alagöz dağındakı təlim mərkəzinədək 100 km-lik marş-yürüş ediblər. Yürüş ərzində müxtəlif növ müdafiə və hücum təlimləri də keçirilib. Yürüş-təlimdə 2000-dən çox hərbçi, 400-dən çox avtomobil və zirehli maşın, “Miq-29” qırıcıları, “Mi-24” və “Mi-8 MTB” vertolyotları və s. iştirak edib.

P.S. Qorxulu bir şey yoxdur; Azərbaycan ordusu bunlardan qat-qat genişmiqyaslı və güclü təlim keçə bilirlər…

Sultan Laçın

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …