Baş səhifə / Cəmiyyət / “Azərbaycan” sözünə görə 10 övlad dünyaya gətirdilər – VİDEO

“Azərbaycan” sözünə görə 10 övlad dünyaya gətirdilər – VİDEO

Bərdənin Yenidaşkənd kəndində yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib. Uşaqların sayının 10-a çatdırılmasının isə çox maraqlı izahı var. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəlib.

Moderator.az -ın “Xəzər” TV-yə istinadən məlumatına görə, 14 il evli olan bu ailənin indiyədək dörd qız və beş oğlan övladı olub.

Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər. Uşaqların sayının 10-a çatdırılması isə doğma Vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.

Hələlik körpəyə qoyulacaq adla bağlı qərar verməyiblər.

Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.

Ailədəki ən böyük uşağın 13 yaşı var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …