Baş səhifə / Cəmiyyət / Ermənistan nazirləri Pənahəli xanın qalasına YEYİB-İÇMƏYƏ GƏLİR…

Ermənistan nazirləri Pənahəli xanın qalasına YEYİB-İÇMƏYƏ GƏLİR…

Nə olsun, bizlər də Bakıdakı “Şuşa”, “Cıdır düzü”, üstəlik, “Zəngəzur” restoranlarında yeyib-içib bir-birimizi tərifləyirik…

Azərbaycanın işğal altındakı Ağdam şəhəri yaxınlığında yerləşən, Qarabağ xanı Pənahəli xanın XVIII əsrdə tikdirdiyi Şahbulaq qalası ətrafında qanunsuz və saxta qazıntı işləri aparan erməni arxeoloqların başçısı Ermənistanın nazir və məmurlarından şikayət edib.

Moderator.az yazır ki. “Tiqranakert” ekspedisyiasının rəhbəri Hamlet Petrosyan işğalçı ölkə nəşrlərinə açıqlamasında yüksək vəzifəli ermənilərin qədim abidənin ərazisini yeyib-içmək, piknik məkanına döndərmələrindən narazılığını bildirib.

Onun sözlərinə görə, Xankəndindən, xüsusən İrəvandan gələn vəzifəlilərin çoxu heç bir xəbərdarlıq etmədən, heç bir giriş haqqı-filan ödəmədən kompleksin ərazisinə daxil olur, oradakı bulaqların başında ocaq çatıb kabab çəkirlər.

“Buradakı pikniklərin ən böyük həvəskarı keçmiş baş nazir Karen Karapetyan idi. O gələndə mənə heç bir xəbərdarlıq edilmirdi. Amma eks-prezident Serj Sərkisyan haqda bunu demək olmaz, o, hər gəlişi barədə bizləri xəbərdar edirdi…”-deyə erməni “goreşən” açıqlayıb. H.Petrosyanın sözlərinə görə, işğalçı ölkənin hazırkı mədəniyyət naziri Lilit Makunts da iki dəfə heç bir xəbərdarlıq etmədən qalanın ərazisinə daxil olub. Arxeoloq Ermənistanın Pənahəli xanın qalasına baş çəkmiş sonuncu Ermənistan nazirlərindən olan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyana da müraciət edib. H.Petrosyan məmurlara xatırladıb ki, tarixi kompleksin ərazisinə giriş üçün 250 dram(təxm. 90 qəpik), piknik təşkil etmək üçünsə 5 min dram(təxm. 17 manat) ödəmək gərəkdi…

P.S. Aqil Abbas demiş, gorun çatlasın, Pənahəli xan, vaxtilə nökərin olan ermənilər indi qalanda kababdan yeyib, araqdan vurub söyürlər…

P.P.S. Nə olsun, bizlər də Bakıdakı dəbdəbəli “Şuşa”, “Cıdır düzü”, hələ üstəlik “Zəngəzur” restoranlarında kababdan yeyib, araqdan içib bir-birimizi tərifləyirik…

Sultan Laçın

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …