Baş səhifə / Flaş / Xarici işlər nazirləri Nyu-Yorka uçdular: Dağlıq Qarabağ üzrə danışıqlar gözlənilir

Xarici işlər nazirləri Nyu-Yorka uçdular: Dağlıq Qarabağ üzrə danışıqlar gözlənilir

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan, baş nazir Nikol Paşinyanın başçılıq etdiyi-BMT Baş Assambleyacının 73-cü sessiyasının işində iştirak edəcək nümayəndə heyətinin tərkibində, Nyu-Yorka yola düşüb.

Bu barədə “Aysor” məlumat yayıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq Nyu-Yorkda səfərdədir.

Gözlənilir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin başçıları görüş keçirəcəklər. Bu informasiyanın rəsmi təsdiqi ilə bağlı xəbər daxil olmasa da, ATƏT-in baş katibi Tomas Qreminqer bir müddət öncə Məmmədyarovun və Mnatsakanyananın gözlənən görüşü haqda açıqlama vermişdi.(virtualaz.org)

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …