Baş səhifə / Cəmiyyət / “Qarabağ universitetinin rektoru olsaydım – QAÇQINLARI NƏ SOYARDIM…”

“Qarabağ universitetinin rektoru olsaydım – QAÇQINLARI NƏ SOYARDIM…”

“Qarabağ dövlət universiteti” rektorluğuna 3 namizəd var- üçü də erməni…

Bir müddət öncə xəbər vermişdik ki, işğal altındakı Xankəndində faktiki fəaliyyət göstərən Qarabağın qədim adı olan”Ərsak”(erməni variantında “Artsax”) adını daşıyanan “dövlət universiteti”nin rektoru vəzifəsi üçün vakant elan olunub.Moderator.az-ın əldə etdiyi son məlumata görə, artıq bu vəzifəyə 3 namizəd irəli sürülüb. Təbii ki, üçü də ermənidir. Hətta biri Ermənistan Elmlər Akdemiyasının üzvüdür…

P.S. Fəqət, bizim nəinki Qarabağı azad etməyə, heç olmasa, gənc nəslə Qarabağ ruhunu təlqin edərək qorumaq üçün Bərdədə, lap Ağcabədidə bir Qarabağ Universiteti açmağa da fərasətimiz çatmadı…

P.P.S. Amma bizim “yaxşı”, fərasətli(!) rüşvətxor professor-filanlarımız var. Qarabağ universiteti açılmasının vacibliyi haqda ötən dəfəki yazımızdan sonra eşitdim ki, bir keçmiş rüşvətxor rektor özünün tayı olan bir dekanla söhbətində ağzı sulana-sulana deyib ki, Bərdədə Qarabağ universiteti açılaydı, məni də qoyaydılar rektor- qaçqınları, qarabağlıları nə soyardım…

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …