Baş səhifə / Cəmiyyət / Qarnı üstə yatmaq çox zərərlidir- Peyğəmbərimizin(s) sünnəsi təsdiqləndi…

Qarnı üstə yatmaq çox zərərlidir- Peyğəmbərimizin(s) sünnəsi təsdiqləndi…

“Üzü üstə yatmaq – İblis və onun qardaşlarının yatışıdır…”

Amerikanın Mayo klinikasının mütəxəssisləri yuxu üçün ən zərərli pozanın hansı olduğunu müəyyən ediblər.

Moderator24.com yazır ki, bu barədə “Bustle” portalı məlumat yayıb. Nəticələrə görə, qarın üzərində yatmaq sağlamlığa çox mənfi təsir göstərir. Bu vəziyyətdə insan tam sinədolu nəfəs ala bilmir. Bundan əlavə, həmin pozada boyun əzələləri şişir və keyləşir ki, bu da qan damarları üçün zərərlidir. Belə durumda kürək də əyilir və bu, daxili orqanlara daha güclü təzyiqə səbəb olur…
Müasir tədqiqatların tamamilə, İslam alimlərinin rəyi ilə üst-üstə düşdüyünü qeyd etmək vacibdir. Çünki Peyğəmbərimizin(s) sünnəsinə əsasən, qarın üzərində yatmaq tamamilə arzuolunmazdır.
Hədislərdə deyilir ki, şamlı (suriyalı) bir nəfər İmam Əlidən (ə) yatmağın növləri barədə soruşanda İmam cavab vermişdi: “Yatmağın dörd növü var: Peyğəmbərlər arxası üstə uzanarlar; onların gözləri yatmaz və vəhyin intizarında olar. Möminlər sağ böyürləri üstə, üzü qibləyə sarı yatarlar. Hökmdarlar və şahzadələr sol böyürləri üstə uzanarlar ki, yedikləri həzm olsun. İblis, onun qardaşları (yəni köməkçiləri), ağıldan məhrum və dərdə düçar olmuş adamlar isə üzüüstə yatarlar” (Biharül-ənvar, 76-cı cild, səh. 186-187).

Qeyd edək ki, sağ böyrü üstə üzü qibləyə uzanmaq (möminlərin yatmaq tərzi) insanın qəbirdəki halını xatırladır. Üzü üstə uzanmaq isə həm bədən üzvlərinin sıxılmasına və narahatçılığa səbəb olur, həm də ehtilama (yuxuda cənabətli olmağa) şərait yaradır. Bəzi hədislərdə sol böyrü üstə yatmaq münafiqlərin adəti kimi göstərilir.

Sultan Laçın

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …