Baş səhifə / Cəmiyyət / Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi: Ermənistan Əlini azadlığa buraxdı (Foto)

Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi: Ermənistan Əlini azadlığa buraxdı (Foto)

İki ay əvvəl Türkiyənin Qars bölgəsində heyvan otaran zaman sərhədi pozaraq Ermənistan tərəfə keçən və orada həbs olunan Umut Ali Özmən azadlığa buraxılıb.

Oxu.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, azadlığa buraxıldıqdan sonra Umut atası Mustafa Özmənlə nahar edib.

“Anam, bacım, nənəm üçün çox darıxmışam. Tezliklə evimə qayıtmaq istəyirəm. Anamın yeməkləri üçün darıxmışam”, – Umut Ali bildirib.

O, pasport əməliyyatları bitdikdən sonra Gürcüstandan Türkiyəyə dönəcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, yeniyetmənin ekstradisiyasını tələb etmişdi.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …