Baş səhifə / Cəmiyyət / “Azerspace-2” orbitə buraxıldı – VİDEO

“Azerspace-2” orbitə buraxıldı – VİDEO

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Oxu.az-ın TASS-a istinadən məlumatına görə, “Azerspace-2” orbitə “Ariane 5” daşıyıcı raketlə göndərilib.

“Ariane 5” yubiley – 100-cü buraxılışında “Azerspace-2” peykindən əlavə, Yaponiyaya məxsus “Horizons 3e” peykini də orbitə çatdırıb.

“Azerspace-2” peykinin siqnalı Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.

Peyk orbitdə ən azı 15 il qalacaq.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …