Baş səhifə / Cəmiyyət / Azərbaycanda yeni “iPhone”ların qiymətləri bəlli oldu

Azərbaycanda yeni “iPhone”ların qiymətləri bəlli oldu

“Apple” şirkətinin təqdim etdiyi yeni “iPhone” modelləri Azərbaycana gətirilib.

“iPhone Xs” və “iPhone Xs Max” smartfonlarının qiyməti barədə “World Telecom” mağazalar şəbəkəsinin rəsmi saytında məlumat yerləşdirilib.

“iPhone Xs”in qiyməti 2799 manatdan başlayır. 256 GB yaddaş tutumuna malik “iPhone Xs” modelinin qiyməti 3099, 256 GB yaddaş tutumuna malik “iPhone Xs Max”ın qiyməti isə 3599 AZN-dir.

Digər telefon mağazalarından bildirdilər ki, onlar “iPhone”un yeni modellərini gətirməyiblər.

“iPhone” telefonlarının satışını həyata keçirən “Alma Store”dan  verilən məlumata görə, yeni telefonlar Azərbayacana bir-iki həftəyə gətiriləcək:

“Qiyməti gətirildikdən sonra açıqlanacaq”.

(oxu.az)

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …