Baş səhifə / Cəmiyyət / Azərbaycanda yeni Milli Park yaradıldı

Azərbaycanda yeni Milli Park yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Moderator24.com xəbər verir ki, dövlət başçısının imzalandığı sənədə əsasən, Azərbaycanda Qızılağac Milli Parkı yaradılıb.

Milli Parkın ümumi ərazisi 99 min hektar təşkil edəcək.

Bu ərazi Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlar (10 min 390 hektar), Neftçala ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından ayrılan ərazi (309 hektar) və Qızılağac Dövlət Təbiət Qoruğunun (88 min 360 hektar) bazasını əhatə edir.

Buna da bax...

“Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa…”

Heydər Əliyev Elçibəyin ÜMUMMİLLİ BİRLİK haqda sualına necə cavab verdi?.. “Əgər sözdə “birlik” deyir, əməldə …