Baş səhifə / Dünya / Avto-qəza yerindən çəkiliş edib paylaşanlar KÜLLİ MİQDARDA CƏRİMƏLƏNƏCƏK…

Avto-qəza yerindən çəkiliş edib paylaşanlar KÜLLİ MİQDARDA CƏRİMƏLƏNƏCƏK…

Əbu-Dabi polisi yol qəzalarının görüntülərini çəkərək video və fotoşəkilləri sosial şəbəkələrdə paylaşanların 500 min dirhəmədək (təxm. 137 min ABŞ dolları) cərimələnəcəyi haqda xəbərdarlıq edib.

Moderator.az yazır ki, bu haqda “Gulf News” portalı xəbər yayıb. Birləşmiş Ərəb Əmirliklərinin asayiş keşikçiləri bildirirlər ki, bu “mənfi sosial olay” növbəti faciələrə səbəb ola bilər. Çünki qəzanı çəkənlərin, ona tamaşa edənlərin və nəqliyyat vasitələrinin qəza yerinə toplanması səbəbi ilə təcili yardım ambulansları vaxtında yaralanmış insanlara köməyə yetə bilmirlər.

Sözügedən hərəkətlərə görə cəzalar BƏƏ-nin” Kibercinayətlər haqda” 2012-ci il tarixli 5 saylı Qanununun 21-ci maddəsinə əsaslanır və şəxsi həyata müdaxilə kimi tövsif olunur. Bu cinayətə görə 150 min dirhəmdən 500 min dirhəmədək (137 min ABŞ dolları) cərimə, yaxud 6 aya qədər həbs cəzası gözlənilir.

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …