Baş səhifə / Dünya / Azərbaycandakı erməni ordusunda ciddi yoxlamalar başlndı-Döyüşə hazırlıqmı? (Foto)

Azərbaycandakı erməni ordusunda ciddi yoxlamalar başlndı-Döyüşə hazırlıqmı? (Foto)

Sentyabrın 25-də Azərbaycanın işğal altındakı ərazilərində yerləşən qanunsuz erməni hərbi birləşmələrində separatçı komandanlıq tərəfindən ciddi yoxlamalar başlayıb.

Moderator24.com xəbər verir ki, bu haqda Ermənistan nəşrləri xəbər yayıb. Məlumata görə, qanunsuz ordunun baş müfəttişi general-polkovnik Movses Akopyanın rəhbərliyi ilə aparılan yoxlamalarda əsas diqqət hərbi birləşmələrin döyüş tapşırığını yerinə yetirmək qabiliyyətlərini, döyüş hazırlığının gerçək vəziyyətinin müəyyən edilməsinə yönəlib. Eyni zamanda hissələrdə hərbi texnika və silahlara qulluğun aparılması səviyyəsi, maddi və ərzaq təchizatının durumu da öyrənilir.

Xatırladaq ki, bu yaxınlarda Qarabağda quru qoşunların təlimini keçirən düşmən son günlər aviasiya təlimlərini də icra edir.

P.S. Görəsən, Azərbaycan ordusunun gözlənilməz və qəti hücumundan ehtiyat edən düşmən müdafiəyəmi hazırlaşır?..

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …