Baş səhifə / Dünya / Donald Trampın zirehli “Vəhşi”si üzə çıxdı – FOTO+VİDEO

Donald Trampın zirehli “Vəhşi”si üzə çıxdı – FOTO+VİDEO

ABŞ prezidenti Donald Trampın yeni limuzini Nyu-Yorkda üzə çıxıb.

Tramp korteclə şəhərin küçələrindən keçib. ABŞ prezidentini gəzdirən avtomobil “The Beast”, yəni vəhşi adlandırılıb.

İlk dəfə “Vəhşi” Trampın BMT Baş Assambleyasında çıxışı ərəfəsində üzə çıxıb. İki limuzinin fotosu Xüsusi Xidmət Orqanının Tvitter səhifəsində paylaşılıb. Sonradan isə “YouTube” portalında video çarx da yayımlanıb.

Trampın limuzini “Cadillac”dır. “CT6” seriyasını xatırladır. Texniki göstəricilər barədə məlumat verilmir. Prezidentin mühafizə xidməti sir saxlamağı xoşlayır.

Bəzi məlumatlara görə “nəhəng” limuzin 7 nəfərlikdir. Onun uzunluğu 8 metrdir və çəkisi 7-9 tondur. Bu çəki təhlükəsizlik sistemi ilə əlaqədardır. Ehtimal edilir ki, kapotun altında V8 tipli, 6.6 litr həcmli turbo dizel mühərrik var. 600 at gücü olan mühərrik “Duramax” şirkətinin istehsalıdır.
“Vəhşi” minanın üzərindən keçə bilər, qumbara və snayper gülləsini dəf edə bilər və ətrafına gözyaşardıcı qaz buraxa bilər. Eyni zamanda qaz hücumu, kimyəvi və bioloji silaha qarşı etibarlıdır.

Avtomobil Ağ Evə 15.8 milyon dollara başa gəlib.

İstinad

Buna da bax...

ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır…

ABŞ-ın hərbi hava qüvvələrinin şahı hesab edilən, ən müasir texnologiyalar əsasında istehsal edilən F-35 qırıcıları …