Baş səhifə / Cəmiyyət / Paşinyanın arvadı bir qrup rus qadını QARABAĞA GƏTİRƏCƏK…

Paşinyanın arvadı bir qrup rus qadını QARABAĞA GƏTİRƏCƏK…

Bakıdan qrantla gedib onları qarşılayacaq “sülhsevər” qadınlar olacaq, görəsən?

Oktyabrın 5-7-də işğalçı ölkənin baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın təşəbbüsü ilə başlanmış “Qadınlar sülh naminə” kampaniyası çərçivəsində bir qrup tanınmış rus qadın Ermənistan və Azərbaycanın işğal altındakı bölgələrinə səfər edəcək.

Moderator24.com xəbər verir ki, bu haqda baş nazir arvadının ofisinə istinadla erməni nəşrləri məlumat yayıb. İnformasiyaya görə, rus qadınlar arasında ictimai-siyasi, mədəni, ədəbiyyat, idman və jurnalistika sahələrində tanınmış şəxslər olacaq. “Sülh”qadınları oktyabrın 5-də İrəvana gələcək. Ertəsi gün isə A.Akopyanın müşayiəti ilə Azərbaycanın işğal altındakı ərazilərinə -təmas xəttinə yollanacaq və orada münaqişə tərəflərinə sülh çağırışı ilə müraciət edəcəklər.

Qeyd edilir ki, Paşinyanın arvadının sözügedən kampaniyası 24 iyuldan start götürüb.

P.S. Görəsən, Bakıda xaricdən alınan qrant hesabına A.Akopyanın başçılığı ilə “sülh quşları”nı qarşılamağa gedən olacaq?..

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …