Baş səhifə / Cəmiyyət / “Toppuş bacı”: Deyirlər ki, niyə maşının satıb müalicə olunmur? – VİDEO

“Toppuş bacı”: Deyirlər ki, niyə maşının satıb müalicə olunmur? – VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevaya “Bizimləsən” proqramında xeyriyyə marafonu start götürüb.

Günlərlə ətrafında qalmaqalın səngimədiyi verilişdə “Toppuş bacı” ona tutulan iradlardan danışıb:

“Deyirlər ki, niyə maşının satıb müalicə olunmur? Vallah, sata bilmirəm. Maşınım məhkəmədədir. Alınsa, niyə satmıram ki? Axırıncı məhkəməni udmuşam, satmağım isə yalnız oktyabr ayından sonra mümkün olacaq”.

Qeyd edək ki, proqramda əvvəlcə Tünzalənin xəstəliyi ilə bağlı pul yığıldığı bildirilsə də, sonradan onun ipotekada olan evinə görə xeyriyyə aksiyasının təşkil olunduğu deyilib.
Onu da bildirək ki, Əliyevanın “Hummer” markalı avtomobili olub, ona sonradan həbs qoyulub.

İstinad

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …