Baş səhifə / Cəmiyyət / Fransalı xeyriyyəçi ermənilərin Azərbaycandakı postlarını daimi su ilə təmin etdi…-Fotolar

Fransalı xeyriyyəçi ermənilərin Azərbaycandakı postlarını daimi su ilə təmin etdi…-Fotolar

Azərbaycanın işğal altındakı torpaqlarında yerləşən qanunsuz erməni hərbi birləşmələrindən birinin şərq istiqamətində yerləşən Milli Ordumuzla təmas xəttindəki səngərlərində fransalı xeyriyyəçi Jak Matosyanın iştirakı ilə təntənəli tədbir keçirilib.

Moderator24.com xəbər verir ki, buna səbəb erməni qoşunlarının bütün postları və dayaq məntəqələrinin daimi su ilə təmin edilməsi işinin yekunlaşması olub. Həmin işin həyata keçirilməsində separatçı rejim və ordu rəhbərliyi ilə yanaşı, ən böyük rolu məhz Fransa vətəndaşı olan erməni iş adamı oynayıb.

Qondarma rejimin oyuncaq lideri Bako Saakyan Jak Matosyanı “Vaçaqan Barepaşt” medalı ilə təltif edib. Erməni xeyriyyəçiyə mükafatı general-mayor Vardan Balayan təqdim edib…

P.S. Ermənilər bu cür informasiyalarla xaricdən, diaspordan alınan siyasi və maddi dəstəyi daha da şişirtməyə çalışırlar…

P.P.S. Bizim xaricdən siyasi dəstəyimiz zəifdi, yoxsa ölkədəki milyarderlərimizin, xaricdəki diaspor nümayəndələrimizin pulu azdır?..

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …