Baş səhifə / Cəmiyyət / “Biz Paşinyanı dizin-dizin süründürməliyik!..” -Qarabağ mitinqi baş tutdu

“Biz Paşinyanı dizin-dizin süründürməliyik!..” -Qarabağ mitinqi baş tutdu

Bu gün saat 15.00-da “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulan mitinq, təşkilat komitəsinin təbirincə desək, baş tutdu.

Moderator.az əməkdaşının verdiyi xəbərdə deyilir ki, polis “İnşaatçılar” metrosunun çıxışlarından başlayaraq stadiona girişdə iştirakçıların tək-tək yoxlanılaraq buraxılması ilə müşayiət olunan yüksək təhlükəsizlik tədbirləri görmüşdü.

Mitinqin aparıcısı Qarabağ Mitinq Komitəsinin üzvü Mirmahmud Mirəlioğlu tədbiri açıq elan edərək Dövlət Himninin səslənməsindən sonra ilk sözü QAT sədri Akif Nağıya verdi. Mitinq iştirakçılarını salamlayan natiq üzünü beynəlxalq təşkilatlara, BMT-yə, ATƏT-in Minsk Qrupuna, Rusiyaya, ABŞ-a, Fransaya və s. tutaraq artıq Azərbaycan xalqının səbrinin sona yetdiyini vurğuladı və onları işğalçı erməniləri bəsləməkdə qınadı. Akif Nağı ermənilərin arxasında böyük güclərin durmasına rəğmən Azərbaycanın da gücünün xalqın bir yumruq kimi birləşməsində olduğunu bildirdi. O, Ermənistanın hazırkı baş nazirini meymunla müqayisə edərək Azərbaycan xalqının öz qisasını alacağına, Paşinyanları dizin-dizin süründürəcəyinə, ermənilərə qan qusduracağına, torpaqlarımızı azad edərək qələbəyə yetəcəyinə inandığını ifadə etdi. Minlərlə insan “Qarabağ bizimdir, bizim olacaq!”, “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlarını səsləndirdi…
Mitinqdə sabiq daxili işlər naziri İsgəndər Həmidov, keçmiş baş nazir Pənah Hüseyn, Qarabağ qaziləri İlham İsmayıl, Aydın Şükür, Xətai Baxışov, Firudin Məmmədov, şəhid övladları və s. çıxış etdi.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …