Baş səhifə / Cəmiyyət / Dəhşətli qəzada ölənlərin sayı artıb – 2 ölü, 40 yaralı

Dəhşətli qəzada ölənlərin sayı artıb – 2 ölü, 40 yaralı

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır…

Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobusla qatarın toqquşması qəzası ilə bağlı rəsmi məlumat yayıb.

DİN-dən Avtosfer.az-a daxil olan açıqlamada bildirilib ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Buna da bax...

Prezident Davosda Vahid Ələkbərovla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə …