Baş səhifə / Dünya / ABŞ Rusiya raketlərini məhv etməklə hədələdi

ABŞ Rusiya raketlərini məhv etməklə hədələdi

ABŞ “Orta və kiçikmənzilli raketlərin ləğvinə dair müqavilə”ni pozan istənilən Rusiya raketini məhv etməyə hazırdır.

Bu fikirləri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison deyib.

O bəyan edib ki, əgər Moskva gizli şəkildə qadağan olunmuş qanadlı raket sistemlərini hazırlasa, Vaşinqton həmin silahları tətbiqə başlamazdan əvvəl vuracaq.

Onun sözlərinə görə, ABŞ Rusiyanın razılaşmanı pozduğunu bilir və sübutlar da var.

Rusiya tərəfi amerikalı nümayəndənin fikirlərinə hələlik reaksiya göstərməyib.

İstinad

Buna da bax...

Meksikada partlayış nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb – VİDEO – YENİLƏNİB

Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb. “Report” xəbər verir …