Baş səhifə / Dünya / Amerikanlar vəhhabiliyin əsası qoyulmuş şəhərdən qovuldu…

Amerikanlar vəhhabiliyin əsası qoyulmuş şəhərdən qovuldu…

ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlamağa qərar verib.

Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, buna səbəb yerli əhalinin çoxsaylı etirazları olub. Bəsrə sakinləri dəfələrlə ABŞ administrasiyasından şəhəri təmiz su və elektrik enerjisi ilə təmin etməklə vəziyyətin bir az yaxşılaşdırılmasını tələb etsələr də, nəticə olmayıb…
Əslində, işğal idarəsi özünün tam bacarıqsızlığını sübut edib. Onlar ölkəni işğal edə bilərlər, lakin oradakı əhalinin sağ qalması üçün minimum ehtiyaclarını ödəməyi özlərinə borc bilmirlər. Üstəlik, amerikanların konsulluğun məhəccərləri arasından özlərinin dəbdəbəli həyatlarını nümayiş etdirməsi bəsrəliləri daha da hiddətləndirib…

Qeyd edək ki, ABŞ işğalçıları hələ 2001-2003-cü illərdəki İraq müharibəsi zamanı Bəsrə şəhərində şiddətli müqavimətlə qarşılaşmışdılar. O vaxt Bəsrədə bir çox amerikalı dəniz pyadası canından olmuşdu. Və nəhayət, yerli sakinlər işğalçı administrasiyanı çıxardı, lakin hələlik şəhərdən… Yalnız bu da yaxşı bir işarədir…

Xatırladaq ki, qədim müsəlman şəhəri olan Bəsrə daim Yaxın Şərq üçün strateji əhəmiyyət daşıyıb. Xəlifə Ömər tərəfindən əsası qoyulan bu şəhər 1538-ci ildən 1914-cü ilədək Osmanlı dövlətinin tərkibində xoşbəxt günlərini yaşayıb. Lakin ingilislər bu körfəz şəhərinə ilk təxribatçı toxumlarını XVIII əsrin əvvəllərində səpiblər. Böyük Britaniya xəfiyyəsi Hemper məhz Bəsrədə Məhəmməd ibn Vəhhabı ələ alaraq Osmanlının dağıdılmasından bu günlərədək İslama qarşı aparılan bütün dağıdıcı proseslərdə aparıcı rol oynamış vəhhabiliyin əsasını qoymuşdur…

Sultan Laçın

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …