Baş səhifə / Cəmiyyət / “Düşmən bizi bizdən yaxşı tanıyır…”

“Düşmən bizi bizdən yaxşı tanıyır…”

“Ermənilər nə vaxt bilsə ki, bu xalq torpaqlarını azad etməyə hazırdırdır, onda torpaqları özləri qoyub gedəcəklər”

Bu gün işğal altında olan daha bir rayonumuz Xocavəndin işğal günüdür. Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni birləşmələri tərəfindən işğal edilib. Xocavənd rayonu həm də məşhur kəşfiyyatçımız İbad Hüseynovun doğulduğu rayondur. İyirmi altı ildir ki, torpaqların işğal gününü qeyd edirik. Daha nə qədər davam edəcək bu qara günlərin qeyd edilməsi?

Moderator.az-ın sualını elə İbad Hüseynov özü cavablandırıb:

“Bu gün torpaqlarımızın işğal dərdi, hamımızın dərdidir. Bu yaxında Moskva şəhərində keçirdiyimiz tədbirdə də bunları qeyd etdim. Rusiyalı deputata sual verdim ki, “Doğulub boya-başa çatdığın torpaqlar işğal altında olsa, neyləyərsən?” Mən həmişə demişəm ki, “Ermənilərin döyüşüb torpaq almaları” sözünü yığışdırmaq lazımdır. Ermənilər heç vaxt döyüşüb torpaq almayıb. Bizim iyirmi faiz torpaqlarımız işğal edilib. İyirmi faizimiz döyüşsəydi, Qarabağ və keçmişdə itirdiyimiz torpaqlarımızı da işğaldan azad edərdik. Torpaqlarımızı işğalı ermənilərin bicliyinin ucbatından baş verdi. Xocavənd işğal olunan vaxtı Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılması ilə bağlı atəşkəs elan edilmişdi. Saziş zamanı biz düşmənin hiyləsinin qurbanı olduq və Xocavənd işğal edildi. Mən deyirəm ki, Monte Melkonyanı öldürmüşəm. Ermənilər bunu təkzib edərək deyirlər ki, yalan məlumatdır. Bizdə də müəyyən qüvvələr ermənilərin sözünə qoşularaq düşmənin tərəfindən çıxış etdilər. Yəni biz heç bir vaxt özümüzə dəyər vermədiyimiz üçün bu gündəyik. Həmişə qiymətimizi kənardan veriblər. Torpaqlarımızı azad etmək üçün hamımız döyüşə hazır olmalıyıq. Düşmən bizi bizdən yaxşı tanıyır. Ermənilər nə vaxt bilsə ki, bu xalq torpaqlarını azad etməyə hazırdırdır, onda torpaqları özləri qoyub gedəcəklər”.

Vasif Əlihüseyn

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …