Baş səhifə / Cəmiyyət / Bakıda avtobus qəzası – Sürücü sükan arxasında yatıbmış (FOTO/VİDEO)

Bakıda avtobus qəzası – Sürücü sükan arxasında yatıbmış (FOTO/VİDEO)

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Moderator24.com Report-a istinadən bildirir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan “10-TH-113” dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən “90-DN-376” dövlət qeydiyyat nişanlı “Mercedes”lə toqquşub.

Nəticədə “Mercedes”də olan 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.

Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan “Mercedes” markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.


Buna da bax...

Prezident Davosda Vahid Ələkbərovla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə …