Baş səhifə / Dünya / Rusiyanın “S-300” raketləri gecə qaranlığında döyüş zonasına belə endirildi… – Video

Rusiyanın “S-300” raketləri gecə qaranlığında döyüş zonasına belə endirildi… – Video

Rusiya Suriyanı S-300 raket sistemləri ilə təmin etmə işini başa çatdırdı.

Moderator24.com xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Zvezda” telekanalının zenit raket kompleksinin “An-124-100” hərbi yük təyyarəsindən Suriya Ərəb Respublikasındakı döyüş zonasına endirilməsinin kadrlarını yayımlayıb. Çatdırılma sutkanın qaranlıq vaxtında icra edilib.

Xatırladılır ki, bir az öncə RF Müdafiə naziri Sergey Şoygu prezident Vladimir Putinə hava hücumundan müdafiə sistemlərinin Suriyaya verilməsi işinin tamamlanması barədə məlumat verib. Nazirin sözlərinə görə, bu ölkəyə 49 ədəd texnika, o cümlədən işıqlandırma lokatorları, əsas təyinetmə sistemləri, idarəetmə və işə salınma vasitələri gətirilib.

Sultan Laçın

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …