Baş səhifə / Cəmiyyət / Avtobus qəzasında ölən Yusifin anası intihar edib? – RƏSMİ AÇIQLAMA

Avtobus qəzasında ölən Yusifin anası intihar edib? – RƏSMİ AÇIQLAMA

Bəzi Kütləvi İnformasiya Vasitələrində Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusifin anasının intihar etdiyi barədə məlumatlar yayılıb.

KİV-də yayılan xəbərlərdə uşağın anasının övladının həlak olmasına dözməyərək özünü asdığı qeyd edilib. Bəzi mətbu orqanlarda isə Yusifin anasının intihara cəhd etdiyi, lakin ölmədiyi barədə informasiyalar yayılıb.

Moderator24.com xəbər verir ki, baku.ws saytı məsələ ilə əlaqədar Bakı şəhər Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan bildiriblər ki, ötən gün Bakıda intihar hadisəsi ilə bağlı heç bir məlumat daxil olmayıb:

“Ümumiyyətlə bizə qadının intihar, yaxud intihara cəhd etməsilə bağlı məlumat daxil olmayıb”, – deyə bildirilib.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da baku.ws-ə bildirib ki, quruma bu barədə heç bir informasiya daxil olmayıb:

“Ötən gün Bakıda qadının intihara cəhd, yaxud intihar etməsilə bağlı məlumat daxil olmayıb”, – deyə Səfayə Əhmədova bildirib.

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …