Baş səhifə / Dünya / İsrail nazirləri Fələstinə görə BİRİ-BİRİNİ TƏHQİR ETDİ…

İsrail nazirləri Fələstinə görə BİRİ-BİRİNİ TƏHQİR ETDİ…

Təhsil naziri Müdafiə nazirini müsəlmanlara qarşı yumşaq davranmaqda ittiham edir…

İsrailin Müdafiə naziri Aviqdor Liberman və Təhsil naziri Naftali Bennet Fələstinlə bağlı müzakirələr zamanı dalaşdı.

Moderator.az yazır ki, bu haqda “The Times of Israel”(“İsrail xəbərləri” qəzeti xəbər yayıb.

Öncə Bennet İsrailin hərbi qurum başçısını Qəzza zolağında fələstinli fəallara qarşı yumşaq davranmaqda günahlandırıb. Buna cavab olaraq Liberman Nazirlər Kabineti üzrə həmkarını “təhsil və müdafiədən heç nə anlamayan bir yalançı” adlandıraraq onu “yaddaşından çıxarardığını” bəyan edib.

Qeyd edilir ki, sentyabrın 30-da İsrail mediasına verdiyi müsahibədə İsrail Təhsil naziri Müdafiə Nazirliyinin mövcud rəhbərliyinin Qəzza müsəlmanlarına qarşı tətbiq etdiyi siyasətin ” yəhudilərə qarşı yeni zorakılıqlara səbəb olacağını” bildirib.

Xatırladaq ki, sentyabr ayında Qəzzada etiraz aksiyaları yeni qüvvə ilə bərpa olunub. Son həftələrdə İsrail əsgərləri ilə qarşıdurmalar nəticəsində aralarında iki uşağın da olduğu 7 fələstinli öldürülüb, 200-dən çox müsəlman isə yaralanıb.

Sultan Laçın

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …