Baş səhifə / Cəmiyyət / Qızına 400 minlik toy edən məmura cinayət işi açıldı: ölkədən qaçdı (YENİLƏNİB)

Qızına 400 minlik toy edən məmura cinayət işi açıldı: ölkədən qaçdı (YENİLƏNİB)

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a bildirib ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Baş prokurorun təqdimatı əsasında “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub. Hazırda həmin müəssisədə müvafiq yoxlamalar aparılır.

E.Sultanov əlavə edib ki, Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

***15:22

Qüdrət Şükürov “Bakılifttəmir” İB-də istefa məsələsinin həll edildiyi ümumi yığıncağa gəlməyib, belə ki, hazırda Almaniyadadır.

Bildirilir ki, Qüdrət Şükürov ürəyində yaranmış problemlərlə əlaqədar Almaniyaya müalicəyə yollanıb.

Eldar Əzizovun əmri ilə Q.Şükürovun səlahiyyətlərinin müvəqqəti icrası Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin başçısı Xalid Ələkbərova tapşırılıb.

Virtualaz.org-un əməkdaşı ilə söhbətində Xalid Ələkbərov bildirib ki, tezliklə şəhərin lift təsərrüfatında irimiqyaslı dəyişikliklər baş verəcək və bakılılar buna şəxsən şahid olacaqlar.

***

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlanılıb.

Moderator24.com  “report”a istinadən xəbər verir ki, Bakı Şəhər Prokurorluğunun və BŞİH-in nümayəndələrindən ibarət qrupda 30 nəfər təmsil olunur.

Həmin komissiya idarədə maliyyə və digər işlərin həyata keçirilməsi üzrə yoxlamalar aparır.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …