Baş səhifə / Cəmiyyət / UEFA Avropa Liqası: “Arsenal” “Qarabağ”a qalib gəlib – FOTO – YENİLƏNİB-5

UEFA Avropa Liqası: “Arsenal” “Qarabağ”a qalib gəlib – FOTO – YENİLƏNİB-5

UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində Sokratis Papastathopoulos (4-cü dəqiqə), Smith-Rov (53-cü dəqiqə) və Metteo Genduzi (80-ci dəqiqə) fərqləniblər.

E qrupunun digər matçında Ukrayna “Vorskla”sı evdə Portuqaliyanın “Sportinq” kollektivini qonaq edib. Oyun lissabonluların qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra “Arsenal” və “Sporinq” 6 xalla liderliyi bölüşürlər. İlk turda da uduzan “Vorskla”la ilə “Qarabağ” 3 və 4-cü pillələrdə qərarlaşıblar.

***22:38

UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmada qonaqlar hesabda növbəti dəfə önə çıxıblar.

Qarşılaşmanın 80-ci dəqiqəsində “Arsenal”ın oyunçusu Metteo Genduzi hesab arasındakı fərqi 3:0-a çatdırıb. “Qarabağ” – “Arsenal” – 0:3

***22:08

UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmada qonaqlar ikinci dəfə hesabda irəli çıxıblar.

Qarşılaşmanın 53-cü dəqiqəsində “Arsenal”ın oyunçusu Smith-Rov topu “Qarabağ”ın qapısından keçirib: 2:0

***22:00

UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmanın ikinci hissəsi start götürüb.

Komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxıblar:

“Qarabağ”: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel Madeyra, 11. Mahir Mədətov, 17. Abdulah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Jakub Jezniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Hannes Haldersson, 4. Rahil Məmmədov, 6. Simoen Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj. 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

“Arsenal”: 19. Bern Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal, 23. Denni Uelbek, 29. Metteo Qenduzi, 31. Sead Kolaşinaç, 55. Smit Rov

Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut Özil, 11. Lukas Torreyra, 20. Şkodran Mustafi, 34. Qranit Caka

Baş məşqçi: Unai Emeri

Qeyd edək ki, oyunun birinci hissəsi qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

***21:43

UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmanın birinci hissəsi başa çatıb.

Qarşılaşmanı 4-cü dəqiqəsində hesabı “Arsenal” klubunun Sokratis Papastathopoulos açıb: 0:1.

Gərgin keçən birinci hissənin 33 dəqiqəsində “Qarabağ”ın oyunçusu Maksim Medvedev, 43-cü dəqiqədə isə Rob Holdinq sarı vərəqə alıblar. Meydan sahibləri bir neçə dəfə hesabı bərabərləşdirmək şansı əldə etsələr də, buna müvəffəq ola bilməyiblər. Oyunun ilk hissəsi qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

***21:01

“Qarabağ” avrokuboklarda yubiley oyununa çıxıb.

Avropa Liqasının qrup mərhələsinin II turunda İngiltərənin “Arsenal” komandası ilə görüş Ağdam təmsilçisinin avrokuboklarda 100-cü oyunu kimi tarixə düşüb.

Bakı Olimpiya Stadionunda keçirilən matç saat 20:55-da start götürüb.

Qeyd edək ki, “Neftçi” 58, “Keşlə” və “Qəbələ” hərəyə 36 avrokubok oyunu keçirib.

Komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxıblar:

“Qarabağ”: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel Madeyra, 11. Mahir Mədətov, 17. Abdulah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Jakub Jezniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Hannes Haldersson, 4. Rahil Məmmədov, 6. Simoen Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj. 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

“Arsenal”: 19. Bern Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal, 23. Denni Uelbek, 29. Metteo Qenduzi, 31. Sead Kolaşinaç, 55. Smit Rov

Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut Özil, 11. Lukas Torreyra, 20. Şkodran Mustafi, 34. Qranit Caka

Baş məşqçi: Unai Emeri

(report.az)

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …