Baş səhifə / Cəmiyyət / Sərkisyan “Qarabağ ” universitetinin rektoru seçildi-Fotolar

Sərkisyan “Qarabağ ” universitetinin rektoru seçildi-Fotolar

Xəbər verdiyimiz kimi, hələ avqust ayından Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Xankəndi şəhərində faktiki fəaliyyət göstərən “Qarabağ” (“Artsax”) universitetinin rektoru vəzifəsinə vakat elan olunmuşdu. Sentyabr ayında isə bu vəzifəyə 3 namizəd irəli sürüldüyü bəlli oldu.

Moderator24.com yazır ki, ingiliscə nəşr olunan separatçı saytların verdiyi məlumata görə, dünən – oktyabrın 4-də seçkilərin nəticələri bəlli olub.

Qondarma rejimin “təhsil, elm və idman naziri”nin müavini” adlanan, Ermənistan Elmlər Akademiyasının üzvü, filologiya elmləri namizədi, dosent Armen Sərkisyan “Qarabağ” universitetinin rektoru vəzifəsinə təyin olunub. O, universitetin gələcək inkişafı üçün əsasən xarici təhsil ocaqlarıyla əməkdaşlığa üstünlük verəcəyini vəd edib.

P.S. Deyəsən, bir ara deputat Zahid Oruc Azərbaycanın öz nəzarətimizdə olan şəhərlərindən birində, məsələn, Bərdədə Qarabağ universitetinin açılmasını təklif etmişdi. Görəsən, o işdən xəbər var?..

Sultan Laçın

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …