Baş səhifə / Cəmiyyət / Ermənistanın vitse-spikeri: “Məni və ailəmi hədələyirlər”

Ermənistanın vitse-spikeri: “Məni və ailəmi hədələyirlər”

Ermənistan parlamenti sədrinin müavini Arpine Ovannisyan ailəsi ilə birlikdə hədələndikləri üçün polisə müraciət edib.

Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.

O, sosial şəbəkələrdə ünvanına təhqiredici ifadələr yazanların cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: “Mən hər belə şərhlə bağlı məhkəməyə müraciət edəcəyəm. Öz hüquqlarımı müdafiə etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinədək gedəcəyəm”.

Qeyd edək ki, Arpine Ovannisyan keçmiş hakim Respublikaçılar Partiyasından deputat seçilib. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan nümayəndə heyətinin başçısıdır.

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …