Baş səhifə / Cəmiyyət / Qarabağın “erməni torpağı olduğunu” təbliğ edən müəllimlər də mükafatlandırıldı – FOTO

Qarabağın “erməni torpağı olduğunu” təbliğ edən müəllimlər də mükafatlandırıldı – FOTO

Bizlər də gənc nəslə bunun əksini ürəkdən aşılayan müəllimlərimizin gerçək dəyərini bilməliyik…

Azərbaycanın işğal altındakı Xankəndində torpaqlarımızda xarici güclərin dəstəyi ilə qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyan Beynəlxalq Müəllimlər günü ilə bağlı mərasim keçirib.

Moderator24.com yazır ki, bu haqda erməni nəşrləri xəbər yayıb. Tədbir zamanı B.Saakyan Qarabağın “sayılıb-seçilən” erməni müəllimlərini mükafatlandırıb. O, həmin müəllimlərin “gənc nəslin vətənpərvər tərbiyəsində, milli ənənələrin qorunmasındakı zəhmətinin yüksək qiymətləndirildiyini” vurğulayıb.

P.S. Azərbaycan şəhərində – Xankəndində mükafatlandırılan “müəllim” hesab edilənlər torpaqlarımızda oturub məktəbli ermənilərə “Qarabağın qədim erməni torpağı olduğunu” təlqin edənlərdir… Odur ki, bizlər də gənc nəslə bunun əksini ürəkdən aşılayan müəllimlərimizin gerçək dəyərini bilməliyik…

Sultan Laçın

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …