Baş səhifə / Cəmiyyət / Ermənilər bu gecə Naxçıvan sərhədində KİMİ YAXALAYIB?

Ermənilər bu gecə Naxçıvan sərhədində KİMİ YAXALAYIB?

Gecə saatlarında Ermənistan saytlarında işğalçı ölkə hərbçilərinin Naxçıvanla sərhəddə sərhəd pozucusunu yaxaladıqları haqda xəbərlər yayılıb.

Moderator.az yazır ki, belə bir məlumatı özünün “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan yayıb. Məlumatda bildirilir ki, sərhəddə keşik çəkən erməni hərbçilər Naxçıvan istiqamətindəki Erasx kəndi ərazisində sərhəd pozucuunu aşkarlayıblar. “Hazırda bu haqda əlavə məlumat verə bilmərik”- A.Ovannisyan məlumatı belə bitirib.

Xatırladaq ki, oktyabrın 5-də Ermənistan müdafiə naziri David Tonoyan Naxçıvanla sərhəddə olub…

Qeyd edək ki, hazırda “Ararat rayonu”a daxil edilmiş “Erasx” adlanan kənd əslində İrəvan qəzasının (sonradan Vedi rayonunun) Arazdəyən kəndi olub. Ermənilər kəndə 1897-ci ildə köçürülüb. Erməni rəhbərliyi kəndin adını 1968-ci ildə dəyişib. Kənd İrəvan –Xankəndi yolu, eyni zamanda Ermənistandan Naxçıvana gedən dağıdılmış avtomobil və dəmiryolları üzərində, Araz çayı sahilində yerləşir. Kənd Azərbaycan-İran-Türkiyə- Ermənistan sərhədlərinin qovuşduğu əraziyə çox yaxındır.

Sultan Laçın

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …