Baş səhifə / Cəmiyyət / Bakı metrosunda vahimə: iki qatar üz-üzə gəldi – YENİLƏNİB + VİDEO

Bakı metrosunda vahimə: iki qatar üz-üzə gəldi – YENİLƏNİB + VİDEO

“Bakı Metropoliteni”nin mətbuat xidməti Qara Qarayev stansiyasında qatarların üz-üzə gəlməsini şərh edib.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.az-a açıqlamasında bildirib ki, hadisə ötən gün saat 13:15-də radələrində baş verib:

“Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”.

Qurum rəsmisi qeyd edib ki, nasazlıq yaranan qatar texniki qaydalara uyğun olaraq depoya göndərilib.

***

Bakı metrosunda qorxulu anlar yaşanıb.

Metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

“Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks istiqamətdə hərəkət edən qatar çıxıb.

Xoşbəxtlikdən toqquşma baş verməyib.

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …