Baş səhifə / Dünya / İnterpol prezidenti Men Xunvey istefa verib

İnterpol prezidenti Men Xunvey istefa verib

İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumat beynəlxalq polisin “Twitter” səhifəsinə yerləşdirilib.

“Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Xunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir”, – deyə bəyanatda bildirilir.

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək.

Buna da bax...

Çinli milyarder bəşəriyyətin ən ağır “xəstəliyindən” danışdı

“Alibaba” onlayn alış-veriş saytının təsisçisi, çinli milyarder Cek Ma İsveçrədə Davos İqtisadi Forumunda çıxış edib. …