Baş səhifə / Cəmiyyət / “Paşinyan Qərbi Azərbaycan icması ilə görüşüb soydaşlarımızı doğma torpaqlarına qaytaracaqsa…”

“Paşinyan Qərbi Azərbaycan icması ilə görüşüb soydaşlarımızı doğma torpaqlarına qaytaracaqsa…”

Maksim Musayev: “Biz də yalnız o halda Dağlıq Qarabağdakı erməni icması ilə danışıb-danışmamaq haqda düşünə bilərik…”

Ermənistanın baş naziri Nikol Paşinyan öz çıxış və müsahibələrində mütəmadi olaraq vurğulayır ki, Azərbaycan birbaşa “Qarabağın erməni icması” adlandırılan işğal altındakı torpaqlarda qondarılmış separatçı rejimin nümayəndələri ilə görüşüb məsələni həll etməlidir. İşğalçı ölkə rəhbəri belə bir fikri BMT Baş Assambleyasının Nyu-Yorkdakı sonuncu sessiyasında etdiyi çıxışında da söyləmişdi. Bu haqda Moderator.az-a açıqlama verən sabiq deputat Maksim Musayev Paşinyanın sərsəm bəyanatlarına maraqlı cavab səsləndirdi. Hazırda “Ermənistan” adandırılan Qərbi Azərbaycanın Basarkeçər mahalında anadan olmuş, İrəvanda böyüyüb boya-başa çatmış, o tarixi torpaqlarımızda bir sıra vəzifələrdə çalışmış, eyni zamanda 12 il ərzində Azərbaycan komsomolu və Kommunist Partiyası Mərkəzi Komitəsinin Dağlıq Qarabağ üzrə kuratoru olmuş Maksim Musayev hesab edir ki, Ermənistanın hökumət başçısını susdurmaq üçün onun qarşısına belə bir şərt qoymaq lazımdır:

”Əgər düşmən ölkə başçısı müxtəlif yerli və beynəlxalq tribunalarda, müsahibələrində öz aləmində Qarabağ məsələsinə ədalətli yanaşmadan dəm vurursa, o halda həmin baş nazir Nikol Paşinyan XX əsrdə Qərbi Azərbaycandan qovulmuş, öz doğma torpaqlarında amansız işgəncə və qətllərə məruz qalmış 1 milyondan çox azərbaycanlı icmasının hazırda Azərbaycan Respublikasında qaçqın həyatı yaşayan nümayəndələrini tərəf kimi qəbul edib onlarla danışıqlar aparsın. Hazırkı Ermənistan hökuməti 1905-1906, 1918-1920, 1948-1953 1988-1989-cu llərdə İrəvan elindən, Basarkeçərdən, Göyçədən, Dərələyəzdən, Zəngəzurdan və s. didərgin salınmış azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təmin etsin və onlara muxtariyyət vəd etsin. Yalnız bundan sonra biz Dağlıq Qarabağdakı ermənilərlə(özü də B.Saakyanın başçılıq etdiyi separatçı rejim rəhbərləri ilə yox, sadə ermənilər, az-çox vicdan hissi olan ziyalıları arasından seçilmiş nümayəndələrlə) danışıqlar aparılıb-aparılmaması haqda düşünə bilərik. Buna da təbii ki, istər Paşinyan, istərsə də digər Ermənistan rəhbərləri razı olmayacaq və susacaqlar….”

Sultan Laçın

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …