Baş səhifə / Cəmiyyət / Qarabağdakı “seçki”lərdə Sərkisyan qalib gəldi…

Qarabağdakı “seçki”lərdə Sərkisyan qalib gəldi…

Biz nə qədər ki, qəti şəkildə Vətən müharibəsi yolunu seçməmişik, ermənilər də torpaqlarımızda nəyi də, kimi də öz bildikləri kimi seçəcəklər…

Ötən bazar günü Azərbaycan torpaqlarında qondarılmış erməni “Milli Məclisi” nə növbəti əlavə “seçkilər” keçirilib.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, “seçici”lərin yalnız 43 faizinin iştirak etdiyi “səsvermə”nin nəticələrinə görə, 9 namizəd arasından Aram Sərkisyan adlı bitərəf qalib gəlib. O, qondarma rejimin “şəhərsalma nazirliyi” adlanan qanunsuz qurumunun əməkdaşıdır.
Xəbərdə xatırladılır ki, separatçı və qanunsuz “parlament”də boş yer bitərəf “deputat” Arsen Arustamyanın “İctimai teleradio şirkəti”i şurasının üzvü təyin edildikdən sonra yaranıb.

Sultan Laçın

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …