Baş səhifə / Flaş / Qarabağ və 7 ətraf rayon… – Almaniya AÇIQLADI

Qarabağ və 7 ətraf rayon… – Almaniya AÇIQLADI

Almaniya mediası xəbər verir ki, Bundestaqın sağçı radikal AfD fraksiyası AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib və sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.

Publika.az-ın xəbərinə görə, AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir.

AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.”

Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.

Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …