Baş səhifə / Cəmiyyət / Qalmaqallı məmurun yerinə – YENİ TƏYİNAT

Qalmaqallı məmurun yerinə – YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

Bu vəzifəyə Bakı Şəhər İcra Hakimiyyətinin müavini Eldar Əzizovun əmri ilə Xalid Ələkbərov təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb.

Q.Şükürova qarşı CM-nin 193-1-ci maddəsi ilə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) cinayət işi açılıb.

Xatırladaq ki, Q.Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi. (oxu.az)

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …